Azərbaycan Basketbol Liqasında II tur başa çatıb

  • By Günel
  • 27 Oktyabr 2024 16:35

Azərbaycan Basketbol Liqasında II tura yekun vurulub.

Gununsesi.info xəbər verir ki, günün ikinci oyununda “Gəncə” “Quba” ilə üz-üzə gəlib.

Qarşılaşma Gəncə klubunun qələbəsi ilə bitib – 90:62.

Günün ilk matçında “Sabah” “Neftçi”ni üstələyib – 93:75.

Qeyd edək ki, II turda “Naxçıvan” NTD-ni (72:71), “Lənkəran” “Sumqayıt”ı (93:71), “Ordu” “Şəki”ni (104:84), “Sərhədçi” isə “Abşeron”nu (79:70) məğlub edib.

Gununsesi.info