Bayden ABŞ prezident seçkilərində səs verib

  • By Günel
  • 29 Oktyabr 2024 08:45

ABŞ prezidenti Co Bayden Delaver ştatındakı seçki məntəqəsində erkən ümumi seçkilərdə səs verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bayden də seçki məntəqəsinə gələn digər insanlar kimi səsvermədən əvvəl növbəyə dayanıb.

Daha sonra o öz səs hüququndan istifadə edib.

Gununsesi.info