Hasan Aratın mühafizəçisi jurnalistə yumruq atdı - VİDEO

  • By Günel
  • 29 Oktyabr 2024 08:56

Ötən gün baş tutan “Qalatasaray” – “Beşiktaş” derbisindən sonra qalmaqal yaşanıb.

Gununsesi.info xəbər verir ki, “Beşiktaş” klubunun prezidenti Hasan Aratın mühafizəçisi Sezgin Gülnar “A Spor” müxbiri Emre Kaplana hücum edib.

Burnundan zərbə alan Kaplan xəstəxanaya aparılıb. Jurnalist ona yumruq atan şəxsdən şikayətçi olub.

Türkiyənin  gənclər və idman naziri Osman Aşkın Bak məsələyə münasibət bildirib: “İdman müxbiri Emre Kaplana edilən hücumu qınayıram. İdman olan yerdə şiddətdən sözgedə bilməz. Formasından, gerbindən, rəngindən asılı olmayaraq hər kəsi sağlam düşüncəyə dəvət edirəm. Müxbir dostumuza tezliklə sağalmasını arzulayıram”.

Ədliyyə naziri Yılmaz Tunç da məsələ ilə bağlı sosial media hesabında açıqlama yayıb.

“Qalatasaray” – “Beşiktaş” matçından sonra fiziki hücuma məruz qalan “A Spor”un müxbiri Emre Kaplana keçmiş olsun diləklərimi çatdırıram. Hücumla bağlı İstanbul Respublika Prokurorluğu tərəfindən məhkəmə istintaqı başlayıb. İdman dostluq və qardaşlıqdır. İdmanın hər cür zorakılıqla gündəmə gətirilməsi qəbuledilməzdir. Bunu qınayıram və ümid edirəm ki, bir daha belə hadisələr baş verməyəcək”, – nazir bildirib. (Qafqazinfo)

Gununsesi.info