
Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyndən bildirilib.
Bununla yanaşı, 17 iyun 2025-ci il saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi həyata keçirilir.