
İnsanları hədəf alan ət yeyən milçək istilası Amerikada qorxu yaradıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali və Mərkəzi Amerika “Yeni Dünya vida qurdu” (Cochliomyia hominivorax) kimi tanınan yenidən ortaya çıxan ətyeyən milçək tərəfindən təhlükə altındadır .
Həm heyvanları, həm də insanları hədəf alan bu növlə bağlı xəbərdarlıq edən mütəxəssislər, bu işğalın mal-qara təsərrüfatına böyük təsir göstərə biləcəyi qənaətindədirlər.
Dişi vida milçəyi yaranın iyini hiss edərək bu bölgələrə yumurta qoyur. Yumurtadan çıxan sürfələr canlı toxuma ilə qidalanır, dərin yaralara, infeksiyalara və müalicə olunmazsa ölümə səbəb olur.
1960-cı illərdə təkcə Texasda hər il 1 milyon xəstə heyvan müalicə olunurdu.
Orxan