Məşhur filmin prodüserindən İlon Maska qarşı məhkəmə iddiası - FOTO

  • By Günel
  • 22 Oktyabr 2024 23:36

Dünyaca məşhur “Blade Runner 2049” elmi fantastika filminin prodüserləri Elon Musk və Tesla-ya qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şirkət onları filmdəki kadrlardan qeyri-qanuni istifadə etməkdə ittiham edib.

ABŞ-də “Blade Runner 2049” filminin istehsal şirkəti Teslanın “Robotaxi” adlı sürücüsüz avtomobilinin tanınması üçün filmdən görüntülərin qeyri-qanuni istifadə etdiyi ittihamı ilə amerikalı milyarder İlon Maska, amerikalı elektrikli avtomobil istehsalçısı Teslaya və film yayımı şirkətinə qarşı iddia qaldırıb.

Gununsesi.info