
Kanadalı aktyor Kianu Rivzin yeni layihəsi bəlli olub.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, “Matrix” və “Con Wick” aksiyon serialları ilə dünya şöhrəti qazanan Kianu Rivzin növbəti layihəsi bəlli olub.
Aktyor “Gizli Səviyyə” internet serialının ulduzlarla dolu səs heyətində iştirak edəcək.
Layihədə iştirak etməyi planlaşdıran digər adlar arasında Temuera Morrison, Ariana Greenblatt, Heaven Hart, Emily Swallow, Gabriel Luna, Ricky Whittle, Patrick Schwarzenegger, Merle Dandridge, Claudia Doumit və Adewale Akinnuoye-Agbaje var.
15 hekayədən ibarət olacaq Secret Level serialı dekabrın 10-da yayımlanacağı rəqəmsal platformada tamaşaçıların qarşısına çıxacaq.
Orxan Saffari