
Amerikalı müğənni Britni Spirs “instagram” hesabındakı paylaşımı ilə diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, müğənni paylaşdığı videoda özü ilə evləndiyini açıqlayıb.
“Özümlə evləndiyim gündür…Siz bunun yöndəmsiz və ya axmaqlıq olduğunu düşünə bilərsiniz, amma məncə bu, indiyə qədər etdiyim ən yaxşı şeydir! – deyə o yazıb.
Qeyd edək ki, Britni həyat yoldaşı, məşqçi və model Sem Asqaridən bu ilin may ayında boşanıb.
Gununsesi.info