
Tarix həm də əlamətdar günləri ilə xatırlanır.
Bəs bu gün tarixdə hansı hadisələr baş verib?
Gununsesi.info 22 oktyabr tarixində baş verın hadisələri təqdim edir:
1.E.Ə 202-ci ilin bu günündə Karfagen ordusu “Zama” döyüşündən Romaya məğlub olmuşdu.
2.1600-cu ilin bu günü Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth etmişdir.
3.1962 — ABŞ Prezidenti Con Kennedi Kubada SSRİ nüvə başlıqları olduğunu açıqlamışdır və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif etmişdir.
4.1964-cü il 22 oktyabrda Jan Pol Sartr Nobel Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarmışdır.
5.1983-cü ilin bu günü Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir.
Bu gün o cümlədən Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini Ermənistanın işğalından azad etmişdir.
Orxan Saffari