80 milyon illik dinozavr yumurtaları tapıldı: - FOTO

Çinin Qançjou şəhərində elm adamları 80 milyon il əvvələ aid, indiyə qədər aşkar edilmiş ən kiçik, tam bütöv dinozavr yumurtalarını aşkar ediblər. Araşdırmalar nəticəsində yeni bir növ olduğu təsbit edilən yumurtalar dinozavrların çoxalma vərdişləri ilə bağlı əhəmiyyətli məlumatlar vermə potensialına malikdir.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, uzunluğu bir düymdən bir qədər çox olan yumurta, “Son Təbaşir” dövrünə aid altı tam qorunmuş yumurtadan ibarət tam yuvanın bir hissəsi kimi aşkar edilmişdir.

Tədqiqatçılar 2021-ci ildə tapdıqları bu yumurtaların üç illik araşdırmadan sonra dinozavr yumurtası olduğunu təsdiqləyiblər.

Bildirilib ki, yumurtaların kiçik ölçüləri, nizamsız düzülüşləri, qurdabənzər və düyünlü bəzəkləri və qabıq qalınlığı bu yumurtaların digər məlum yırtıcı dinozavrlara bənzəmədiyini və elm aləmində yeni bir dinozavr növü kimi qəbul edildiyini göstərir. Mütəxəssislərin fikrincə, bu mühüm fosil kəşfi dinozavrların reproduktiv vərdişləri və müxtəlifliyi haqqında yeni məlumatlar vermək potensialına malikdir.

Orxan Saffari

Gununsesi.info