
Kompüterə baxmaq, uzun müddət maşın sürmək və ya gün ərzində kitab oxumaq kimi konsentrasiya tələb edən fəaliyyətlərdən sonra gözləriniz yorulur.
Bəs bunun qarşısını almaq üçün nə edə bilərsiniz?
Gununsesi.info göz yorğunluğunu aradan qaldırmağın beş yolunu təqdim edir:
1.Tez-tez başqa yerlərə baxın.
Göz yorğunluğu, adətən, uzun müddət eyni yerə baxmaqla yaranır. Bu səbəbdən hər 20 dəqiqədən bir diqqətinizi başqa bir fəaliyyətə yönəldin. Həmçinin gün ərzində bir neçə saat intensiv fəaliyyətdən qaçın.
2.Göz damlalarından istifadə edin.
Güclü diqqət daha az göz qırpmağınıza səbəb olur. Bu səbəbdən gözləriniz quruyur və qıcıqlanır. Həkiminizlə məsləhətləşərək bu problemi süni göz yaşı damlaları ilə həll edə bilərsiniz.
3.Düzgün eynək seçin.
Göz yorğunluğunun qarşısını almaqdan ötəri eynək istifadə etmək üçün həkiminizlə məsləhətləşin. Bundan əlavə, kontakt linzalardan istifadə edən insanlar bir müddət ara versə, göz yorğunluğu azala bilər.
4.Çay paketi qoyun
İstifadə etdiyiniz paket çayı otaq temperaturunda saxlayaraq isidin. İsti çayı göz qapaqlarınıza qoyun və soyuyana qədər gözləyin.
5.Hava keyfiyyətinə diqqət edin
Ətrafınızdakı havanın keyfiyyəti aşağı ola bilər. Havalandırma üçün istifadə etdiyiniz cihazlar qurumağa və qıcıqlanmaya səbəb ola bilər. Bu isə göz yorğunluğuna səbəb olur. Bütün bunları nəzərə alaraq, havanın nəmli olmasına diqqət edin.
Orxan Saffari
Gununsesi.info