
İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəddə yerləşən Dəməşq əyalətində Suriyanın hərbi obyektinə hücum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsində dərc olunmuş bəyanatdan məlum olub.
Hərbi idarənin məlumatına görə, hücum nəticəsində beş suriyalı əsgər ölüb,daha bir neçəsi yaralanıb.
Qurbanların dəqiq sayı barədə məlumat verilmir.
Bundan əvvəl İsrail Aralıq dənizi sahilində, Rusiya hərbi bazasının da yerləşdiyi Tartus şəhəri yaxınlığındakı Suriya hərbi obyektlərinə hücum edib.
Rusiya Silahlı Qüvvələrinin bu baza yaxınlığında 13 İsrail raketini vurduğu dəqiqləşdirilir.
Gununsesi.info