Seçkilərə müdaxilə var -Kobaxidze

Gürcüstanda oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri prosesinə kənardan görünməmiş müdaxilə var.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, əvvəllər də belə müdaxilələr olub, indi isə kənar müdaxilələr xüsusilə güclüdür.

O, həmçinin bəyan edib ki, gürcü xalqının iradəsini heç kim özünəməxsus şəkildə formalaşdıra bilməz, ona görə də seçkilərə müdaxilənin effekti olmayacaq.

 

Gununsesi.info