Hazırda tıxac olan yollar - FOTO

  • By Günel
  • 27 Sentyabr 2024 09:19

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda aşağıdakı yollarda sıxlıq var:

1. Babək prospekti, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

8. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.



Gununsesi.info