Misir piramidalarını qullar tikib?

İllərdir, müzakirə olunan bir məsələ də Misir piramidalarını qulların tikib-tikməməyidir.

Bəs doğrudan da, piramidaları qullar tikibmi?

Gununsesi.info xəbər verir ki, 2013-cü ildə Qırmızı dənizin Misir sahillərində “Əhəng mağarası”nda “Perqamentlər” tapılıb. Həmin perqamentlərdə bir çox mövzu ilə bərabər, piramida işçilərindən də bəhs edilirdi.

Beləki, orada işçilərin ölkənin Şimal və Cənubundan gələn güclü insanlar olduğu qeyd olunur. Onlar maaş alır, evlə təmin edilir, ət və sağlam qida hesab olunan ərzaqlarla qidalanıb, hətta pulsuz tibbi yardım belə alırdılar.

Gördükləri işə görə o qədər hörmət olunurdular ki, öləndə qəbirləri də “Fironun ehramı”nın yanında olub.

Göründüyü kimi, Misir piramidalarını qullar yox, sözügedən güclü insanlar inşa edib.

Orxan Saffari

Gununsesi.info