
Böyük Britaniyada yaşayan 66 yaşlı Devid Braun və onun 12 yaşlı nəvəsi Kaysi Braun düşərgədə qaldıqları çadırda ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, sentyabrın 14-də bir neçə gün təbiət qoynunda qalmaq üçün Uelsdə düşərgəyə gedən baba və nəvəsinin dəm qazından zəhərlənərək öldüyü güman edilir.
Məhkəmə eksperti Graeme Hughes, 12 yaşlı Kaicy’nin qanında karbonmonoksit səviyyəsini yoxlamaq üçün toksikoloji skrininq testinin aparılacağını söyləyib.
Qeyd edək ki, baba və nəvənin sobadan çıxan qaz səbəbindən həyatını itirmə ehtimalını düşünsələr də, təhqiqat mütəxəssisləri araşdırmanın hələ davam etdiyi açıqlanıb.
Orxan Saffari