8 Noyabr prospektində avtomobil piyadanı vuraraq öldürüb

  • By Günel
  • 27 Sentyabr 2024 09:21

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, Xətai rayonu, 8 Noyabr prospektində Zamiq Abbasov idarə etdiyi “Toyota” markalı avtomobillə piyada Sahib Məmmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info