
Partlayıcı maddələr Livanda partlayan peycerlərin litium batareyalarına yerləşdirilib və onları faktiki olaraq aşkar etmək mümkün olmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN Livanın yüksək rütbəli təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.
Məlumta əsasən partlayıcı peycer batareyalarının içərisində o qədər mürəkkəb şəkildə gizlədilib ki, onu aşkar etmək mümkün olmayıb.
Bildirilib ki, partlayıcı peycerin litium batareyasına yerləşdirilib.
Livan səlahiyyətliləri cihazların onlara elektron mesajlar göndərərək partladıldığını müəyyən ediblər.
“Hücumlarda istifadə edilən cihazlar Gold Apollo Rugged Pager AR-924 peycerləri və ICOM IC-V82 telsizləri idi. Həm Gold Apollo, həm də ICOM pozulmuş avadanlıqdan uzaqlaşdılar”, materialda deyilir.
Bundan əvvəl SEPAH Livanda peycerdə silsilə partlayışlardan sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan etmişdi.
İran hərbçiləri də bütün texniki cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyata başlayıb.
Gununsesi.info