Dünyanın ən uzun ömür sürən edam məhbusuna bəraət verildi

Yaponiyada dünyanın ən uzun ömür sürən edam məhbusuna bəraət verilib

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Yaponiya məhkəməsi dünyanın ən uzun ömür sürən edam məhbusu olan 88 yaşlı kişiyə qarşı istifadə edilən sübutların uydurma olduğunu müəyyən etdikdən sonra bəraət verib.

Yarım əsrdən artıqdır ki, ölüm hökmündə olan İvao Hakamada 1968-ci ildə müdirini, həyat yoldaşını və onların iki yeniyetmə uşağını öldürməkdə günahkar bilinib.

Qeyd edək ki, bu yaxınlarda müstəntiqlərin dördqat adam öldürməkdə ittiham olunmasına səbəb olan dəlillər yerləşdirdiyinə dair şübhələr fonunda ona yenidən məhkəmə baxışı verildi.

Beləliklə, hökm Yaponiyanın ən uzun və ən məşhur hüquqi dastanı hesab olunan cinayət işinə birinə son qoyur.

 

Orxan Saffari

Gununsesi.info