Lukaşenko NATO-nu hədələyir

Aleksandr Lukaşenko Rusiya diktatoru Vladimir Putinin ardınca Qərbi nüvə silahı ilə hədələməyə başladı.  O, Belarusun dövlət sərhədini qırmızı xətt adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Lukaşenkonun qeyd etdiyi kimi, Qərbin Rusiyaya və ya Belarusa təcavüzü halında, Moskva və Minsk guya dərhal nüvə silahından istifadə edəcəklər.

Xüsusilə, o, Polşanı “artıq əllərini ovuşdurmaqda” və amerikalılarla birlikdə “sərhəddə, xüsusən də Polşa sərhədində düzülməkdə” ittiham edib.

“Biz nüvə silahından istifadə edəcəyik – onlar bizə cavab verə bilərlər. Həm də Rusiyada. Ona görə də Rusiya bütün arsenalından istifadə edəcək. Və bu artıq dünya müharibəsidir. Qərb də bunu istəmir. Onlar buna hazır deyillər. Amma biz onlara açıq deyirik: qırmızı xətt dövlət sərhədidir. Onun üzərinə addım atsanız, cavab dərhal olacaq. Biz buna hazırlaşırıq. Mən bu barədə dürüst və açıq deyirəm”, – deyə o əlavə edib.

 

 

Gununsesi.info