
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
Gununsesi.info xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: “Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları hadisə yerini mühafizə edərək təhlükəsizlik tədbirləri görür”.
Gununsesi.info