Serbiya klubunun yeni baş məşqçisi müəyyənləşib

  • By ilhame
  • 27 Sentyabr 2024 13:02

Serbiyanın “Partizan” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Gununsesi.info “Novosti.rs”yə istinadən xəbər verir ki, Belqrad təmsilçisi Savo Miloşeviçlə razılığa gəlib.

 

51 yaşlı mütəxəssis bu postda Aleksandar Stanoyeviçi əvəz edəcək. 2019-2020-ci illərdə “Partizan”ı çalışdırmış S.Miloşeviç 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər Bosniya və Herseqovina millisinin baş məşqçisi olub.

 

Qeyd edək ki, “Partizan” hazırda Serbiya çempionatında 7 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

Gununsesi.info