
Dünyada bir çox yerlər var, onlar zamanla yaşanılmalı yer olsa da, sonradan müəyyən səbəblərə görə insanlar tərəfindən tərk edilərək ən təhlükəli yerlərə çevriliblər və artıq o yerlərə ayaq basmaq qeyri-mümkün olmağa başlayır.
Bəs siz bu yerləri tanıyırsınızmı?
Gununsesi.info xəbər verir ki, belə yerlərdən biri də, Braziliyada yerləşın “İlan adası”dır (Snake İsland). Bura dünyada ilanların ən çox olduğu yer kimi bilinir. İlan adası görünüşündən gözəl, mənzərəli yerə bənzəsə də, ora ayaq basmağa cəsarət etmək olmur. Adaya hazırda bütün giriş qadağan olunub və yanlız tədqiqatçılar, xüsusi icazəsi olan adamlar gedə bilər. Buna səbəb, dünyanın ən zəhərli ilan növlərinin də orada məskən salmasıdır. Az qala hər kvadrat metrində ilan olan bu adada, “Qızılı yeyən ilan” kimi zəhərli ilan növləri də vardır. Burada yaşayan ilanların uzunluğu 70 sm-ə qədərdir və digər Cənubi Amerika ilanları ilə müqayisədə 2 qat zəhərlidir.
Bəs siz bu adaya getmək istəyərdiniz?!
Orxan Saffari