
Sanksiyalar səbəbindən Hindistan Arctic LNG 2 layihəsi çərçivəsində mayeləşdirilmiş təbii qaz almaqdan imtina edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Hindistanın enerji naziri Pankaj Jain bildirib.
“Biz Arctic LNG 2-dən təchizat almayacağıq. Biz heç bir sanksiyaya məruz qalan mal almırıq. Əgər bir məhsul genişmiqyaslı sanksiyalara məruz qalırsa, biz ona toxunmuruq”, -deyə Jain bildirib.
Qeyd olunur ki, Rusiyanın “Novatek” şirkəti tərəfindən həyata keçirilən “Arctic LNG 2” layihəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Qərbin sanksiyalarına məruz qalıb.
Birləşmiş Ştatlar həmçinin Rusiyanın hərbi kampaniyasına dəstək verən yüzlərlə şirkət və şəxslərə, xüsusən də Arctic LNG 2-nin hazırlanmasında və onun logistik dəstəyində iştirak edən şirkətlərə qarşı məhdudiyyətlər qoyub.