Tanınmış jurnalist Qənirə Paşayevaya kitab həsr etdi

  • By Günel
  • 27 Sentyabr 2024 11:39

Mərhum millət vəkili, Türk Dünyasının görkəmli ziyalısı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab Türkiyədə çap olunub.

Gununsesi.info Kult.az – a istinadən xəbər verir ki, araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə hazırlanan kitab Q.Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusundan ibarətdir.

Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb.

Məqalələrdə Q.Paşayevanın ictimai-siyasi fəaliyyətinə, türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş şəkildə işıqlandırılıb.

Gununsesi.info