Xəzər TV-nin binası boşaldılır

  • By Günel
  • 27 Sentyabr 2024 14:16

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Gununsesi.info Olay-a istinadən bildirir ki, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Gununsesi.info