
Xəbər verdiyimiz kimi, 97-ci Akademiya Mükafatları 2 mart 2025-ci ildə keçiriləcək. Oskar yarışında hansı aktrisaların qalib olacağı ilə bağlı artıq söhbətlər başlayıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, namizədlər arasında trans aktrisa da Oskara namizəddir.
Beləki, trans aktrisa Karla Sofia Qaskon “Emiliya Peres” filminin aktrisalarındandır və Kann Film Festivalında “Ən Yaxşı Aktrisa” mükafatını da qazanıb. Oskara namizədlər arasında onun da olduğu deyilir və ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Oskar yarışında ola biləcək digər filmlər:
Culian Mur – “The Room Next Door” (Qonşu otaq)
Demi Mur – “The Substance” (Maddə)
Sintiya Erivo – “Wicked” (Pis)
Fernanda Torres – “I’m Still Here” (Mən hələ də buradayam)
Cun Skuib – “Thelma”
Orxan Saffari
Gununsesi.info