Bağırsaq xərçənginin qarşısını almağın bir yolu tapıldı

Günümüzdə geniş yayılan bu xəstəliyin dünyada müxtəlif müalicəvi yolları vardır. Həmin müalicə üsullarından biri də təbii qidalanmadır. 

Beləki, həddindən artıq yağ və ət əsaslı pəhriz, piylənmə, siqaret və spirt kimi amillər bağırsaq xərçəngi riskini artırır. Yapon alimləri erkən mərhələdə diaqnoz qoyulmasa, kifayət qədər təhlükəli olan bağırsaq xərçəngi ilə bağlı perspektivli araşdırma aparıblar.

Gununsesi.info xəbər verir ki, Yaponiyada İnteqrasiya Tibb Elmləri üzrə RIKEN Mərkəzi, süd, ət və yerfıstığı kimi qidaların nazik bağırsaqlara potensial təsirlərini araşdırarkən əla nəticələrə nail olub. Tədqiqatlar bu qidaların şişi bastırma potensialı ilə bağlı mühüm tapıntıları ortaya qoyub. Onlar bu qidalarda olan antigenlərin immun sistemini aktivləşdirərək bağırsaqlarda əhəmiyyətli reaksiyalara səbəb ola biləcəyini ifadə edib.

Qeyd edək ki, bu xərçəng növünün əlamətləri qarın ağrısı, nəcisdə qan, anemiya, uzun müddətli ishal və ya qəbizlik kimi simptomlarla özünü göstərə bilər.

Orxan Saffari

Gununsesi.info