Yaponiyanın hakim partiyası ölkənin yeni liderini seçib

Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba partiyaya rəhbərlik etmək üçün keçirilən daxili seçkilərdə qalib gəlib və buna görə də tezliklə ölkənin yeni baş naziri olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hazırkı baş nazir Fumio Kişidanın ikinci müddətə namizəd olmaqdan imtina etdiyini bildirməsi xəbərindən sonra seçkilər iki turda keçirilib.

67 yaşlı İşibanın namizədliyi bu ilin avqustunda məlum olub.

Hələ o zaman etiraf olunurdu ki, ölkənin hazırkı liderinin reytinqlərinin aşağı düşməsi fonunda o, hakim Liberal Demokrat Partiyasından ən populyar siyasətçi idi və buna görə də bir çox siyasi müşahidəçilər onun bu vəzifəyə seçiləcəyinə mərcə qoyurlar.

 

 

Gununsesi.info