Zibillikdən tapdığı əsərin qiyməti 26 min dollar imiş

11 yaşlı Alman uşaq Met Vinterin zibillikdən tapdığı əsər, məlum olub ki, intibah dövrünün məşhur renessans rəssamı Albrext Dürerin əsəri olub.

Gununsesi.info xəbər verir ki, nadir əsər hesab olunan bu rəsmin qiyməti 26 min dollardan çoxdur.

Xarici mediaya verdiyi açıqlamada “Nadir kitablar hərracı”nın meneceri Cim Spenser bunları qeyd edib:

“Mən Albrext Dürerin əsərlərinin sonrakı dövrlərdə çəkilmiş nüsxələrini və ya fərqli üslubda hazırlanmış formalarını dəfələrlə görmüşəm, amma orijinal əsərlərinə isə ancaq muzeylərdə rast gəlmişəm”

Qeyd edək ki, 1471-ci ildə anadan olan Albrext Dürer bütün zamanların ən böyük rəssamlarından biri hesab olunur. O, Leonardo da Vinçinin müasiri hesab olunurdu və onun əsərləri bir çox rəssamlara təsir edib. Dürer rəsmlər çəksə də, ən qalıcı detallı mis lövhə qravüralarıdır.

Orxan Saffari

Gununsesi.info