NATO Rusiya ilə sərhəd yaxınlığında qərargah yerləşdirəcək

NATO-nun Şimali Avropadakı quru qoşunlarının qərargahı Rusiya ilə sərhədə yaxın Mikkelidə yerləşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin (MN) rəhbəri Antti Hyakkänen bildirib.

“Biz quru qoşunlarının qərargahının Mikkelidə yerləşdirilməsi təklifini verəcəyik” – deyə Finlandiya hərbi idarəsinin rəisi bildirib.

Mikkeli, Finlandiya Quru Qoşunlarının qərargahının artıq yerləşdiyi Rusiya ilə sərhəddən təxminən 140 km məsafədə yerləşir.

Bundan əvvəl NATO Finlandiyada forpost olacaq və Rusiya sərhədinin şimalında yerləşəcək yeni bazanın tikintisinə başlayıb.

Oraya əlliyə qədər zabit göndərilməsi planlaşdırılır. Murmansk vilayətinə və Kareliyaya nisbətən yaxın tikilən yeni NATO bazası İsveç komandanlığı altında olacaq.

 

 

Gununsesi.info