Daşkəsəndə xidmət rəisi həbs edildi

  • By admin
  • 26 Sentyabr 2024 23:11

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov həbs olunub.

 

Gununsesi.info Bizim.Media-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum edilib.

 

Anar Əsgərov təkrar rüşvət almaqda ittiham olunur.

 

Gununsesi