“Çayavoy” verməyin tarixini bilirsinizmi?

Müasir dilimizdə və təfəkkürümüzdə “Çayavoy”, “Çaypulu” vermək anlayışı hər kəsə məlumdur. Bu, artəq bir növ “Yazılmamış qanun”ada çevrilib. Bəs siz bu adətin tarixini bilirsinizmi?

Gununsesi.info xəbər verir ki, bu ənənə 17-ci əsrdə İngiltərədə yaranmışdır. O zamanlar zadəgən insanlar dostlarının evinə qonaq gedərkən, xidmətçilərin göstərdiyi qayğıya görə minnətdarlıq əlaməti olaraq müəyyən miqdarda pul bəxşiş edirdilər. Sonradan bu adət tədricən meyxanalarda da yayılmağa başladı. Ziyarətçilər qulluq göstərən ofisianta əlavə bəxşiş verirdilər ki, xidmət səviyyəsi daha da yaxşı olsun. Adətə görə, müştəriyə yaxşı xidmət göstərməsi üçün çaypulunu əvvəlcədən vermək tövsiyyə olunurdu. 19-cu əsrdə isə çaypulu vermək ənənəsi artıq bütün Avropaya və Amerikaya yayıldı. ABŞ-da bu ənənə vətəndaş müharibəsindən sonra ofisiant kimi işləyən keçmiş qulların heç bir maaş almadığı və ancaq çaypulu hesabına dolandıları zaman daha çox populyarlıq qazandı. Müasir günümüzdə artıq demək olar ki, bütün sahələrdə bu ənənə vardır.

Qeyd edək ki, bəzi ölkələrdə bu ənənə fərqli qarşılana bilir. Məsələn, Yaponiyada bunu etmək, ofisianta təhqir kimi də sayıla bilər.

Orxan Saffari

Gununsesi.info