
Uzun müddətdi dünyanın gözlədiyi yeni bir texnoloji kəşf olan Teslanın “robot taksi” modelinin təqdim olunma tarixi açıqlanıb və dəvətnamələr paylaşılıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Teslanın çoxdan gözlənilən “robot taksi” tədbiri daha əvvəl avqustun 8-də təqdim edilməsi gözlənilsə də, İlon Maskın açıqlaması ilə təxirə salınan tədbirinin yeni tarixi oktyabrın 10-da olacaq.
İlkin təcrübədə 4 nəfərin daşınılacağı “Model Y” və ya “Model 3” üslublu avtomobil gözlənilsə də, tam dəqiq necə olacağı hələlik bəlli deyil. Lakin hər şeyin, maşının, səyahətin, kondisonerin belə proqramla olacağı və izləniləcəyi bildirilib.
Qeyd edək ki, Mask özü bu barədə belə deyib: “Ön hissədə əhəmiyyətli dizayn dəyişikliyi oldu və əlavə vaxtımız bizə daha bir neçə şey göstərməyə imkan verəcək”.
Orxan Saffari
Gununsesi.info