Dünya çempionatı zamanı yıxılan idmançı ağır xəsarət alıb

  • By ilhame
  • 26 Sentyabr 2024 22:52

İsveçrəli velosipedçi Muriel Furre gənclər arasında keçirilən dünya çempionatının qrup yarışında yıxılaraq ağır xəasarət alıb.

 

Gununsesi.info Beynəlxalq Velosiped Federasiyasının mətbuat xidmətnə istinadən xəbər verir ki, 18 yaşlı idmançı ağır kəllə-beyin travması alaraq helikopterlə xəstəxanaya aparılıb.

 

Qəzanın hansı formada baş verməsi ilə bağlı məlumat verilmir.

 

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundiala sentyabrın 29-da yekun vurulacaq.

Gununsesi.info