Çin Ukrayna böhranının həlli üçün platforma yaradır

Çin, Braziliya və Qlobal Cənubun digər ölkələri Pekinlə əməkdaşlıq edərək Ukraynadakı böhranın sülh yolu ilə həllini birgə təşviq etmək üçün “Sülh Dostları” platforması yaradacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim ilə görüşü zamanı bildirib.

Qeyd olunur ki, “Sülh Dostları” “yaxınlıq və qarşıdurmadan çox inklüziv dialoqa can atan” açıq qrup kimi formalaşıb.

Daha əvvəl Politico diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, Çin “qlobal əksəriyyət” və Qlobal Cənub ölkələrinin dəstəyini almaq niyyətindədir.

 

Gununsesi.info