Qüdrət Qurbanova yeni vəzifə verildi

  • By Günel
  • 27 Sentyabr 2024 15:49

Ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova yeni vəzifə verilib. 

Gununsesi.info Qaynarinfo-ya istinadən bildirir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev onu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru və rektor əvəzi təyin edib.

Yaxın günlərdə müvafiq əmrlə onun rektor təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildiyinə görə vəzifəsindən azad olunub.

Gununsesi.info