Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb

  • By ilhame
  • 19 Avqust 2024 21:23

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü X.Piroğlanov mübahisə zəminində bıçaq xəsarəti alıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Oruc Abdullayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info