Bakıda su sayğacında heroin tapılıb

  • By ilhame
  • 19 Avqust 2024 13:10

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evin girişində quraşdırılmış su sayğacının içərisinə naməlum bağlama yerləşdirildiyini bildirib.

Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək sayğacın içərisindən 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info