Qusar sakini odlu silahla qətlə yetirilib

  • By ilhame
  • 19 Avqust 2024 22:06

Qusar rayon sakini qətlə yetirilib.

 

Gununsesi.info – nun məlumatına görə, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.

 

Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

 

Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info