Cəlilabadda 37 yaşlı kişi qətlə yetirilib

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu ürəyindən bıçaq xəsarəti alıb. Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info