
Mayın 29-da saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.
Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
“Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”, məlumatda deyilir.
***
Xəzər Universitetində bıçaqlanan gəncin vəziyyəti açıqlanıb.
Gununsesi.info -nun xəbərinə görə, Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanmış şəxs hazırda əməliyyat olunur.
“Vəziyyəti ağır deyil”, – deyə qeyd edilib.
***
Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.
Gununsesi.info xəbər veriri ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
“Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”, – qurum rəsmisi deyib.
***
Xəzər Universitetində tələbələr arasında dava düşüb.
Gununsesi.info xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb.
Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.
Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.