Eriksson vəfat etdi

  • By Günel
  • 26 Avqust 2024 16:51

Tanınmış isveçli futbol məşqçisi Sven-Yoran Eriksson ölüb.

Gununsesi.info xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, Sven-Yoran Eriksson “Roma”, “Fiorentina”  “Mançester Siti”, “Latsio”, “Benfika”, “Lester”, “Sampdoriya”, klublarını, İngiltərə, Meksika, Fil dişi Salihi, Filippin millilərini çalışdırıb. Eriksson ən böyük uğurunu “Latsio”nun baş məşqçisi kimi əldə edib.

Onunla klub tarixində 2-ci İtaliya çempionluğunu, eləcə də 2 İtaliya kubokunu qazanıb. Son iş yeri isə Filippin millisi olub.

 

Gununsesi.info