
İstanbul Esenyurt Universitetinin professoru, baş nazirliyin keçmiş təhlükəsizlik eksperti Erhan Canikoğlu Telegram-ın qurucusu Pavel Durovun Fransada saxlanılmasının məqsədini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Qərb kəşfiyyat xidmətləri Ukraynadakı münaqişədə hərbçilərin fəal istifadə etməsini nəzərə alaraq messencerdən öz məqsədləri üçün istifadə etmək istəyir.
“Rusiya və Ukrayna əsgərləri Telegram-dan rabitə və kommunikasiya platforması kimi fəal şəkildə istifadə edirlər. Beləliklə, Telegram, əgər siz ona daxil olsanız, Qərb ölkələrinin kəşfiyyat xidmətləri üçün son dərəcə vacib məlumat mənbəyinə çevriləcək”, – deyə ekspert bildirib.
Daha əvvəl məlum olub ki, Fransa məhkəməsi Durovun Paris hava limanında saxlanmasından sonra həbs müddətini uzadıb.
Onun Fransada sorğu-sual üçün saxlanma müddəti maksimum 96 saat davam edə bilər.
Bu müddət bitdikdən sonra hakim Telegram rəhbərini azad edə və ya ona qarşı ittiham irəli sürərək həbs edə bilər.
Şəbnəm
Gununsesi.info