“Yuventus” yarımmüdafiəçisini icarəyə verib

  • By ilhame
  • 25 Avqust 2024 15:11

İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Fabio Miretti “Cenoa”ya keçib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı futbolçu 2025-ci ilin yayına qədər icarəyə verilib.

 

Qeyd edək ki, F.Miretti 2021-ci ildə “Yuventus”un əsas komandasında debüt edib. O, ümumilikdə meydana çıxdığı 75 matçda 2 qol vurub.

Gununsesi.info