Nəsiman Yaqublu izdihamla yola salındı

  • By Günel
  • 26 Avqust 2024 12:50
Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərhum Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində dəfn olunacaq.

12:17

Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə vida mərasimi keçirilir.

Gununsesi.info bildirir ki, bu barədə “Report” xəbər verir. Mərhumun evində baş tutan mərasimdə yaxınları, ictimaiyyət nümayəndələri, həmkarları iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində dəfn olunmaq üçün yola salınacaq.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.