İsrail və HƏMAS atəşkəslə bağlı razılığa gələ bilməyib

İsrail və HƏMAS arasında Qəzza zolağında müharibənin dayandırılması və girovların mübadiləsi ilə bağlı danışıqlar tərəflər yekun razılığa gəlmədən başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Times of Israel qəzeti yazıb.

Bildirilir ki, Qahirədə keçirilən danışıqların növbəti raundunda Həmas və İsrail vasitəçilərin təklif etdiyi bir neçə razılaşma variantı ilə razılaşmayıb.

Xüsusilə, Fələstin qrupunun nümayəndələri İsrail hərbçilərinin “Filadelfiya dəhlizi” adlanan ərazidə – Qəzza zolağının Misirlə cənub sərhədi boyunca 14,5 km-lik dar bir ərazidə olmasına qarşı olduqlarını bəyan ediblər.

Həmas rəsmiləri bildiriblər ki, İsrail dəhlizdən qoşunları çıxarmaq öhdəliyindən geri çəkilib və atəşkəs başlayanda anklavın daha sıx məskunlaşdığı şimala qayıdacaq köçkün fələstinlilərin yoxlanılması da daxil olmaqla, digər yeni şərtlər irəli sürüb.

Həmas nümayəndə heyəti vasitəçilərlə danışıqlardan sonra Qahirəni tərk edib.

Qrup öz tələbini təkrarlayıb ki, istənilən razılaşma daimi atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını ehtiva etməlidir.

 

 

Şəbnəm

Gununsesi.info