Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqlayıb

  • By ilhame
  • 25 Avqust 2024 11:34

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, mütəxəssisin sözlərini “beIN SPORTS” “X” sosial şəbəkəsində yayıb.

 

“Həyatda gördüyüm ən mükəmməl hücumçu Messidir”, – Qvardiola deyib.

 

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Argentinalının transfer qiyməti hazırda 30 milyon avrodur.

Gununsesi.info