
Ermənistanın Baş nazir Nikol Paşinyana alma atan 71 yaşlı Albert Arstamyan sərbəst buraxılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a Respublika İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan təsdiqləyib.
Baş nazir İrəvanın Kanaker-Zeytun inzibati rayonuna gələn zaman yerli sakin, A.Arstamyan 9-cu mərtəbədəki mənzilinin pəncərəsindən ona tərəf alma atıb. N.Paşinyan və komandası isə bunun qumbara olduğunu zənn edərək yerə uzanıb. Bundan sonra həmin şəxs saxlanılıb.
Arstamyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, azadlığa buraxılsa da, barəsində açılan iş davam edir.
Gununsesi.info