
Avqustun 25-də Ankarada rekord miqdarda yağıntı qeydə alınıb.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, günorta saatlarında başlayan leysan yağışları nəqliyyatı iflic vəziyyətə salıb.
Məlumata görə, Çankaya, Çubuk, Akyurt, Kahramankazan, Pursaklar, Keçiören, Etimesgut, Yenimahalle, Sinkan, Gəlbaşı və Mamak rayonlarını su basıb.
Yağan yağışlar nəticəsində yeraltı keçidlər, xiyabanlar və küçələr su ilə dolub.
Maşınlar yarıya qədər suda olduğundan sürücülər yollarda hərəkət etməkdə çətinlik çəkib və saatlarla tıxacda qalıb, bəziləri isə ümumiyyətlə hərəkət edə bilməyib.
Bundan başqa, bəzi evlərin birinci və zirzəmiləri və iş yerləri su altında qalıb.
Piyada yolları da çaya çevrildiyindən sakinlər ora çatmaq üçün az qala üzməli olublar.
Şəhər hakimiyyəti Ankara sakinlərini daşqın, eləcə də tufan, güclü külək və ola biləcək dolu barədə xəbərdarlıq edib.
İlhamə
Gununsesi.info